
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Avroqrupun rəhbəri Yerun Deyselblum bildirib. Onun sözlərinə görə, qeyd olunan maliyyə paketi Yunanıstana hissə-hissə veriləcək.
“Bütün şərtlərin yerinə yetiriləcəyi təqdirdə ESM Yunanıstana maliyyə yardımı proqramından ikinci tranşın ayrılmasına razılıq verə bilər. Biz hissə-hissə ayrılacaq tranşın məbləği də müəyyən etdik – 10,3 milyard avro”, – deyə Deyselblum iclasdan sonra keçirilmiş mətbuat konfransında bildirib.