Zinəddin Zidan “Real”ın futbolçusunu geri qaytardı

10374680“Sevilya”, “Valensiya” və “Vilyareal” onu icarəyə götürməyə çalışır.

“Real”ın hazırda “Espanyol”da icarə əsasında çıxış edən futbolçusu Marko Asensio yayda öz komandasında oynamaq şansı əldə edəcək.

“El Mundo Deportivo”nun məlumatına görə, Zinəddin Zidan 20 yaşlı futbolçunu ABŞ-dakı təlim məşq toplanışına aparacaq. Məhz bundan sonra onun komandadakı taleyinə aydınlıq gələcək.

“Sevilya”, “Valensiya” və “Vilyareal” onu icarəyə götürməyə çalışır. Eyni zamanda “Espanyol” da yarımmüdafiəçini heyətdə saxlamaq niyyətindədi. Ancaq “Sevilya” və “Vilyareal”ın şansları daha yüksək qiymətləndirilir.

Asensio bu mövsüm keçirdiyi 33 oyunda 2 qol vurub və 12 dəfə məhsuldar ötürmə edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR