Mikayıl İsmayılovun dəstəsi Qafqaznews.az-ın bağlanması xəbərinə “yallı” gedir?

Безымянный copyAsif Ağayevin həmkəndlisi və Ədalət Abbasovun “Azəriqaz”dakı yaxın adamı olan Natiq Nəsirov müstəqil mətbuatı təhqir edir

İyunun 3-də  Qafqaz Xəbər Agentliyinin direktoru Araz Məmmədov  Legion.az saytına verdiyi müsahibədə bir sıra məqamlara toxunulmuşdu.

Müsahibədə Araz Məmmədov Qafqaznews.az saytının fəaliyyət göstərdiyi üç il ərzində qazanılan uğurlardan söz açmış, lakin yaxın günlərdə saytın maliyyə problemlərinə görə bağlanacağı ehtimalını da qeyd etmişdi.

“Maliyyə çətinlikləri bizi çıxılmaz duruma salıb. Və çox güman ki, oxucularımız hər zaman dərdlərini deyə bildikləri, onların ürəyindən “tikan çıxaran” bir saytla vidalaşsınlar. Bu, ən yaxın zamanda baş verə bilər. Çünki, bəzi məkrli məmurlar və maliyyə çətinlikləri mübarizəmizi davam etdirməyə mane olur. Dövlətə və dövlətçiliyə sadiq olmaq heçmikayilismuyy-1 də hər zaman sığorta sayılmır. Görünür ki, bu cəmiyyətdə ya kiminsə adamı olmalısan, ya da şəxsi mənfəətinin köləsi… Korrupsioner məmur müstəqil mətbuatı necə sevə bilər? Əgər doyunca özünü təriflətdirə, haqqındakı şikayətləri sildirə bilmirsə… Bu sayta necə “yaxşı” deyə bilər? Qafqaznews.az-ın durumu belədir”, – deyə agentlik rəhbəri müsahibəsində vurğulayıb.

Bilirdik ki, bu xəbəri heç kim birmənalı qarşılamayacaq. Hamı ilə dost ola bilmərik, axı bizi sevməyən və hətta hər kiçik fürsətdə qisas almağa çalışan məmurlar da az deyil…

Bu müsahibənin yayımlanmasından təxminən bir saat sonra, Qafqaz Xəbər Agentliyinin “Facebook” səhifəsində Natiq Nəsirov (profil adı: “Натик Несиров” – red.) adlı bir istifadəçi şərh yazmağa başladı.

O, sözügedən müsahibə ilə bağlı paylaşımın altında nalayiq söyüşlər yazıb, hətta xüsusi olaraq vurğulayıb ki, mətbuatdan getməyiniz yaxşıdır, siz13340445_1722176674708869_2043571503_oin mətbuatda yeriniz yoxdur. Və təkrarən, qafqaznews.az saytının ünvanına nalayiq söyüşlər işlədib.13351048_1722176531375550_1991650313_o

Bizim adminlərimiz hər istifadəçi ilə mübahisə edəcək xarakterdə olmadığına görə, həmin şəxsi sadəcə səhifədən “ban” etdilər. Lakin sonradan, həmin şəxsin söyüşlərini görən başqa oxucularımızdan maraqlı məlumatlar əldə etdik.

Sən demə, bu şəxs sadəcə aqressiv “Facebook” istifadəçisi deyilmiş və onun bu münasibətinin arxasında nəinki şəxsi, hətta qrup maraqları gizlənirmiş.

Apardığımız araşdırmalar nəticəsində bizə məlum oldu ki, bu şəxs “Azəriqaz”ın işçisidir və bundan savayı, “Azəriqaz”  ilə “Araz İstilik Servis Xidmətləri” MMC şirkətinin arasında əməkdaşlığın yaranmasında böyük rolu olub. Bir sözlə, Natiq Nəsirovu “Araz İstilik”in rəhbəri Ədalət Abbasovla SOCAR vitse-prezidenti Mikayıl İsmayılov arasında “körpü” hesab edirlər.

Aldığımız məlumata görə, Natiq Nəsirov yüksək peşəkarlığa malik olmasa da, rəhbər şəxslərlə əlaqələri sayəsində “önəmli adam” imici yaradıb.

“O, eyni zamanda Şama13059294_1706432506283286_449031813_nxı RİH başçısı Asif Ağayevin həmkəndlisi və qohumudur. Onların hər ikisi Sabirabadın Ulacalı kəndindəndirlər. Asif Ağayev icra başçısı təyin olunana qədər ölkənin neft-qaz sektorunda yüksək vəzifələrdə işləyib. Məhz onun Şamaxıya icra başçısı getməsində də Mikayıl İsmayılovun mühüm rolu olub. Hazırda da Mikayıl İsmayılov öz doğulduğu Ağsu rayonundan əlavə Şamaxı rayonunu nəzarətdə saxlayır, orda böyük biznesə və üzümçülük sahələrinə malikdir. Asif Ağayev də hələ “Azəriqaz”da baş direktor müavini olduğu vaxtlardan həmkəndli və qohumlarını “Azəriqaz”da və SOCAR-ın digər mühüm qurumlarında yerləşdirib, onları uzaqdan himayə edir”, – deyə mənbə qeyd edir.

Xatırladaq ki, 1961-ci ildə Sabirabadın Ulacalı kəndində doğulan Asif Əzizağa oğlu Ağayev 15 fevral 2013-cü ildə Şamaxı RİH başçısı təyin olunana qədər, ARDNŞ-nin “AzərNeftYağ” Neft emalı zavodunda direktorun əsaslı tikinti üzrə müavini, ARDNŞ-nin “AzəriQaz” İstehsalat Birliyində baş direktorun əsaslı tikinti üzrə müavini, ARDNŞ-nin Xəzər Dəniz Neft Donammasında ümumi məsələlər üzrə rəis müavini, ARDNŞ-nin “Neft Kəmərləri” İdarəsində tikinti və təmir üzrə rəis müavini vəzifələrində işləyib.

Digər əldə etdiyimiz məlumata görə Natiq Nəsirov “Facebook” sosial şəbəkəsində  SOCAR-ın vitse prezidenti Mikayıl İsmayılov, “Azəriqaz” İstehsalat Birliyi və “Araz İstilik” MMC-nin rəhbəri Ədalət Abbasov  barədə yazılan tənqidi yazılara təhqir və nalayiq söyüşlər yazan şəxslərdən biridir. Biz bu gün hətta “Araz İstilik “MMC-nin rəhbəri Ədalət Abbasovun yaxın ətrafı ilə əlaqə saxladıq və onlar da Natiq Nəsirov Ədalət Abbasovun əlaltılarından biri olduğunu təsdiqlədilər.1463088332_1463086050_7v3mrej9byuw

“Bu şəxsi bir çox imkanlı adamlar öz çirkin əməllərini həyata keçirmək üçün istifadə edirlər”, – deyə bizə bildirdilər.

Haşiyə: Bizim ünvanımıza yazılan təhqirlərə gəlincə isə, şükürlər olsun ki, dövlət malını talayacaq və mühüm vəzifələrə savadsız qohumları, həmkəndliləri  yerləşdirən mənəviyyatsızlardan və onun-bunun fiti ilə başqalarını söyən şərəfsizlərdən deyilik.

Xatırlatma: “Araz İstilik Servis Xidmətləri” MMC-nin rəhbəri, əslən Ağcəbadi rayonundan olan Ədalət Abbasovun şirkəti bir neçə ildir “Azəriqaz”ın tenderlərinin iştirakçısı olur. Ancaq keçən il Ədalət Abbasovdan SOCAR -a şikayət olduğuna görə, o, “Azəriqaz”ın qara siyahısına düşmüşdü. Aldığımız məlumata görə, Heydər Əliyev prospektində məşhur amerikalı milyarder Donald Trampa məxsus “Trump” otelinin binasında qazlaşdırma işləri apararkən, “Araz İstilik” işçilərin maaşlarını verməyib, nəticədə isə həmin işçilər SOCAR-a şikayət ediblər.

“Azəriqaz”ın tenderlərinin əsas qalibinin isə “Global Services” olması barədə mətbuatda çox yazılıb və bu şirkət ictimaiyyətdə monopolist kimi tanınır. Sözügedən şirkətin isə SOCAR vitse-prezidenti Mikayıl İsmayılovun kurasiyasında olması barədə şayiələr səngimək bilmir. Redaksiyamıza məlumat verən mənbə bildirir ki, məhz Mikayıl İsmayılov və onun yaxın dairəsinin məsələyə qarışmasından sonra, Ədalət Abbasov “amnistiya”ya düşüb.

“Lakin bu “amnistiya” Ədalət Abbasova baha başa gəldi. Belə ki, Ədalət Abbasovun rəhbərlik etdiyi şirkət birbaşa “Azəriqaz”ın yox, “Global Services MMC”nin keçirdiyi tenderlərdə supodratçı kimi layihə alaraq, Quba rayonunda qaz çəkilişi işlərini həyata keçirir. Burdan böyük məbləğdə pay “Global Services”MMC-yə çatır, Ədalət Abbasov kimi subpodratçılar isə cüzi məbləğlə bu layihələri icra etməli olurlar”, – deyə mənbə vurğulayıb.

Mayın 14-də isə Qafqaznews.az-a məlumat daxil olub ki, M.İsmayılov Ceyhun Canıyevi qurban verdikdən sonra sığortalanmaq məqsədi ilə öz ətrafında “kadr islahatları” aparmaq və qüvvələri yeniləmək qərarı verib. Mənbə bildirir ki, bu məqsədlə də, SOCAR vitse-prezidenti Ədalət Abbasovdan kömək istəyib və “xidmətləri” əvəzində onu daha da irəli çəkməyi vəd edib. Redaksiyamıza Ədalət Abbasovun yaxn ətrafından bildirilib ki, o, artıq Mikayıl İsmayılovla görüşdüyünü və bəzi saytlarla “dil tapacağı” təqdirdə, tender əməliyyatlarına qoşulacağını bildirib.

Tamerlan Zeynallı

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR