Məcburi köçkünlərin haqqını yeyənlər: Hüseyn Əliyevdən Pənah Əliyevə qədər… – AUDİO + FOTOLAR

Безымянный copyYoxsa, komitədə Əli Həsənovun zəifliyindən, ya da yaşlanmasından sui-istifadə edənlər var?

Mayın 31-də Qafqaznews.az saytında “Ağdam RİH-də tragikomediya: “Rüşvət cinayətdir, amma səs yazısını yaymayın” – AUDİO” başlıqlı yazı dərc olunmuş və məcburi köçkündən rüşvət tələb edən məmurun səs yazısı yayımlanmışdı. Xatırlatma üçün bildirək ki, bu günlərdə Qafqaz Xəbər Agentliyinə Ağdamın Əhmədavar kənd sakini Şəndə İsmayılova müraciət etmişdi. Xocalı şəhərinə yaxınlıqda yerləşən Əhmədavar kəndi Xıdırlı kənd icra nümayəndəliyinə tabedir. 1992-ci ildən məcburi köçkün olan İsmayılovlar ailəsi 2012-ci ilin fevralından müavinətə həsrət qalıb və dəfələrlə kənd icra nümayəndəsi Hüseyn Əliyevə müraciət etsələr də, bank kartlarını yeniləyə bilməyiblər – çünki onlardan adambaRaqub_Məmmədovşına 100 manat rüşvət istənilib. Hətta, Ş.İsmayılovanın sözlərinə görə, 2010-cu ilin oktyabr ayında hərbi xidmətdən qayıdan oğlu Anar İsmayılov məhz rüşvət vermədiyinə görə müavinət siyahısına salınmayıb.

“Gəlinim anasıgilin kəndində qeydiyyatdadır, qızım isə bizim qeydiyyatdan çıxıb, hazırda 3 nəfərik. Mayın 27-də yoldaşım, mən və oğlum üçün müavinət kartını bərpa etmək istədim, Hüseyn Əliyev mənə dedi ki, 300 manat verməliyəm”, – deyə Ş.İsmayılova qeyd edib. Biz səs yazısını diqqətlə dinlədik. Xıdırlı kənd icra nümayəndəsi Hüseyn Əliyev həqiqətən də vətəndaşa bildirir ki, yemək xərci müavinətini bərpa etmək üçün 300 manat lazımdır və bu puldan “başqalarına da çatacaq”.

Həmçinin, H.Əliyev möcburi köçkünə “artıq siyahıdan çıxdığını” deyir. H.Əliyev bizə zəng edib rüşvət istədiyini təkzib etdi, hətta iki oğlunun canına and içdi ki, bir qəpik də Şəndə xanımdan rüşvət istəməyib.

Biz Ağdam RİH-lə də əlaqəBezy-myanny-j-copy3 saxladıq, lakin onlar da Hüseyn Əliyevi tərifləməkdən və “bəlkə sənədləri düz deyil” deyərək, dolayısıyla rüşvətə haqq qazandırmaqdan başqa bir şey bacarmadılar. Deyə bilmərik, bu rüşvət ierarxiyasında Ağdam RİH başçısı Raqub Məmmədov və ya başqa məmurlar hansı rolları icra edirlər… Lakin onu deyə bilərik ki, Şəndə İsmayılovanın haqqı bərpa olunana və bu illər ərzində ona verilməli olan məbləğin hamısı qaytarılana qədər, Qafqaz Xəbər Agentliyi şikayətçinin yanında olacaq. Əslində, kənd icra nümayəndəsi bu məsələdə çox kiçik fiqurdur. Və kim bilir, haqqı tapdanılan və müavinəti mənimsənilən çox sayda məcburi köçkün var… Bəlkə də, Hüseyn Əliyevin “başqalarına da verməliyəm” deyərkən nəzərdə tutduğu şəxslər arasında Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin də yüksək vəzifəli məmurları var?

Oxuculara xatırladaq ki, 2015-ci ildə Qafqaznewolmden_mirasina_kondu_h12494s.az saytında “Qaçqınkom”un yüksək vəzifəli məmurlarından biri haqqında silsilə yazılar dərc olunmuşdu. Yazılarda Komitənin Mənzil İstismar Departamentinin direktoru Pənah Əliyevin qanunsuz əməllərindən, daha doğrusu qanunsuz yolla sahib olduğu mülklərdən bəhs olunmuşdu. Qafqaznews.az saytı apardığı araşdırmalar nəticəsəində Pənah Əliyevin dəyəri 10 milyonlarla ölçülən mülklərinin geniş siyahısını və fotolarını əldə etmiş, ictimailəşdirmişdi. Pənah Əliyevin oğlu Tural Əliyev haqqında yazmışdıq ki, Qarada12071559_1642656435994227_1037837451_nğ rayonunda hüquq- mühafizə orqanında xidmət edən və ayda 400 manat əmək haqqı alan bu şəxs işə 235 min manat dəyəri olan “Range Rover”lə gedir.

Məlumat üçün bildirək ki, Tural Əliyev əvvəl istifadə elədiyi “Audi” markalı avtomobilini sataraq Range Rover Cip-i almaq üçün bankdan öz adına kredit götürüb. Sual olunur ki, 900 seriyalı bu bahalı avtomobilin aylıq kreditini 400 manat maaşla Tural Əliyev necə ödəyir..? “Pənah Əliyev heç bir yerdə işləməyən və hərbi xidmətə hazırlaşan kürəkəninə Nərimanov rayonu ərazisində ipoteka ilə ev alıb. Görəsən heç yerdə işləməyən kürəkən bu ipotekanı necə ödəyir..? Əlbəttə, oğlunun da, kürəkən12167160_1643955195864351_1109309144_n1inin də aylıq ödənişlərini cənab Pənah Əliyev ödəyir, özü də “Qaçqınkom”dan gələn pulların hesabına.

Digər tərəfdən Pənah Əliyev paytaxtda böyük əmlak sahibidir. 9-cu mikrorayon, Mircəlal küçəsi, 121 c ünvanında yerləşən “Sombrero” restoranı, “Dental”klinikası və qızına həmin binada hədiyyə etdiyi ev, Kazımovski küçəsi 185 ünvanda yerləşən ev, “Qızıltac” restoranının arxasında Mircəlal küçəsi 6 ünvanında bir neçə boş mənzil, “Vorovski”dəki villası böyük bir siyahının kiçik hissəsidir. Pənah Əliyev yaxın dairəsi ilə söhbətdə fərəhlə danışır ki, oğlumu oxutdurub işə düzəltmək, evli- eşikli etmək, maşınlı-avtolu etmək… bir milyondan yuxarı başa gəlib. Görəsən bu qədər pul “Qaçqınkom”un departament rəhbərində hardandır?”, – deyə məP-nahqalədə bildirilirdi.

Həmçinin, Pənah Əliyevin 20 min manata aldığı bahalı at barədə də məlumat vermişdik: “Redaksiyamıza daxil olan məlumatda Pənah Əliyevin Nərimanov rayonu ərazisində Kooperasiya Universiteti ilə üzbəüz yerləşən Cıdırda 20 min manata aldığı atı saxladığı qeyd olunurdu. Məlumatdan o da bəlli olurdu ki, hər ay atın saxlanmasına departament rəisi 2 min manat pul xərcləyir. Əməkdaşımız Cıdıra baş çəkib və Pənah Əliyevin atına baxan şəxslərlə maraqlı söhbət edib. Həmin şəxslər hətta əməkdaşımıza Pənah Əliyevin atının fotosunu çəkməyə də icazə verib. Söhbət zamanı bəlli o12071726_1642902639302940_686100503_nlub ki, mətbuatda gedən yazılardan sonra Pənah Əliyev ata baxanlara tapşırıb ki, atı dəyər-dəyməzinə satsınlar”.

Eyni zamanda, Qafqaznews.az-a məlumat verən mənbə bildirmişdi ki, Pənah Əliyev məcburi köçkünlər üçün ayrılan dövlət vəsaitindən mənimsədiyi puldan bir dostuna 300 min manat verib, həm12083726_1642902599302944_184362626_nin dostu isə “pul sənin deyil ki, dövlətindir” deyərək, qaytarmaqdan boyun qaçırıb. Pənah Əliyev özü haqqında məlumatların mətbuata sızdırılmasında həmin dostundan şübhələnmişdi. Lakin qeyd edək ki, Qafqaznews.az öz araşdırmalarını Pənah Əliyevin sabiq dost və şəriklərinin yox, məhz haqqını yediyi məcburi köçkünlərin şikayətləri əsasında aparıb.

Xatırladaq ki, bu yazılardan sonra baş nazirin müavini, komitə sədri Əli Həsənovun qəzəblənməsi və departament rəhbərini sərt tənbeh edərək, sonra da vəzifədən azad etməsi barədə də yazmışdıq. Maraqlıdır, Pənah Əliyevlə bağlı bu qədər qalmaqallı faktlar olmasına baxmayaraq, onu cinayət məsuliyyətinə cəlb etmədilər. Sadəcə, tutduğu vəzifədən azad edildi… Görəsən, Pənah Əliyev istintaq və məhkəmə qarşısına çıxsaydı, daha kimlərin “yeyinti”lərini ifşa edəcəkdi? Pənah Əliyev bu gün Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsində işləmir, hətta “görüntü” xatirinə bahalı maşınları da satıb. Lakin əldə etdiyimiz məlumatlara görə, o, yenə də əvvəlki kimi zəngin həyat sürür və sabiq komitə yoldaşları ilə də vaxtaşırı görüşür, yeyib-içir… Hətta keçən il dərc etdiyimiz yazılardan birində bildirmişdik ki, bu qalmaqaldan sonra, Kadr-P-nah-yeni-00-00-11Əli Həsənovdan qisas almaq üçün onun nəvələri ilə bağlı materialların da mətbuata sızdırılmasında Pənah Əliyevin “barmağı” olduğunu öyrənmişik. Bəlkə, Hüseyn Əliyevin dediyi kimi, Pənah Əliyev də mənimsədiyi vəsaiti “kimlərləsə bölüşürdü” deyə, cinayət məsuliyyətinə cəlb olunmadı və indi rahat-arxayın öz biznesinin başındadır? Yoxsa, komitədə Əli Həsənovun zəifliyindən, ya da yaşlanmasından sui-istifadə edənlər var?siaphoto_407278

Yəqin ki, cənab baş nazir müavini Əli Həsənovun komitədə hər şeyə nəzarət etmək imkanları məhduddur. Ətrafındakı müavin və şöbə müdirləri ondan Pənah Əliyevin üzərinə çox getməməyi xahiş ediblərsə, deyə bilərik ki, korrupsiya kabusu hələ də bu komitənin dəhlizlərində dolaşmaqdadır. Ümid edirik, bu yazımızdan sonra cənab baş nazir müavini şəxsən vəziyyəti nəzarətə götürəcək və istər Şəndə İsmayılovanın, istərsə də digər məcburi köçkünlərin haqqını mənimsəyən məmurları sərt cəzalandıracaq.

 Tamerlan Zeynallı

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR