257 milyard havaya uçdu

44173413Türkiyədə son 10 ildə siqaretə 256,9 milyard lirə xərclənib.

“Xəzər Xəbər” Anadolu Agentliyinə istinadən məlumat verir ki, bu pulla 56 Yavuz Sultan Səlim Körpüsü, 11 Atatürk Anbarı, 46 Marmaray, 10 nüvə stansiyası və 6 Cənub-Şərqi Anadolu layihəsi həyata geçirilə bilərdi.

Tütün və Spirt Bazarını Tənzimləmə Təşkilatının hesablamalarına görə, 2010-cu ildə Türkiyədə bəzi yerlərdə siqaretdən istifadəyə qoyulan qadağanın qüvvəyə minməsindən sonra  siqaretin dövriyyəsində azalma olsa da, 2014-2015-ci illərdə yenidən artım qeydə alınıb.

Məlumata görə, əgər Türkiyədə 2006-ci ildə 108 milyard ədəd siqaret üçün 15,3 milyard lirə xərclənmişdisə, 2010-cu ildə daxili bazarda 93 milyard ədəd siqaret üçün 24 milyard manat, 2015-ci ildə də istehlak edilən 103 milyard ədəd siqaret üçün təxminən 40 milyard lirə xərclənib.

Son 10 ildə Türkiyədə istehlak edilən ümumi siqaretin miqdarı 1 trilyon 4 milyard 157 milyon 307 min 223 ədəd olub.

Daxili bazar satışında 2006-cı ildə 1 ədəd siqaret üçün ortalama 14 qəpik ödənilirdisə, 2015-ci ildə bu rəqəm 38 qəpiyə qalxıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR