27 yaşlı əlil gənci Azərbaycanda əməliyyat etmək mümkün deyil? – ARAŞDIRMA

hekimET Travmatologiya və Ortopediya İnstitutunda Faba Nuriyevi xatırlamırlar, amma təkzib edirlər…

Cəlilabad rayon sakini Nuriyev Faba Ovezovic oğlu Qafqaz Xəbər Agentliyinə müraciət edərək, səsinin ölkə rəhbərliyinə çatdırılmasında kömək istəyib. F.Nuriyev bildirib ki, 2013-cü ildə avtomobil qəzasına düşəndən sonra (onu maşın vurub – red.), məhkəmə qərarı əsasında ona cavabdeh şəxs tərəfindən 1600 manat verilib. “Mən müxtəlif özəl klinikalarda, o cümlədən “Leyla Şıxlinskaya” klinikasında müalicə olunmağa çalışdım. Lakin mənim sol ayağımda vəziyyət get-gedə pisləşdi, hazırda ayağım yığılıb, şikəst qalmışam. 2-ci qrup əliləm. 110 manat təqaüdlə lazım olan müalicə və əmelmi-emekdashliq-15əliyyat xərclərini ödəyə bilmirəm. Dəfələrlə Səhiyyə Nazirliyinə müraciət etmişik. Son dəfə bu ilin fevral ayında Səhiyyə Nazirliyi bizim müraciətimizi Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunun direktoru Vaqif  Verdiyevə yönəltdi. Lakin ordan bizə bildirildi ki, bunun müalicəsi burda yox, Türkiyədə mümkündür və çox pul lazımdır. Mənimsə imkanım çox zəifdir. Mətbuat vasitəsilə, Azərbaycan Prezidenti İlham Əliyev cənablarına və Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevaya müraciət edirəm ki, mənim ayağımın müalicə və əməliyyat məsələsində kömək etsinlər”, – deyə F.Nuriyev qeyd edib.

F.Nuriyevin  Legion.az-a dediyinə görə, Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunun ağır xəsarətlər şöbəsinin müdiri Əli Davudov ona deyib ki, “əməliyyat edə bilərik, amma dil20160629172242indən kağız verməlisən”.  F.Nuriyev qeyd edib ki, Ə.Davudov bu əməliyyatın çox riskli olduğunu deyib və ona Türkiyəyə getməyi tövsiyə edib: “Məni nazirlikdən bir neçə dəfə Cəlilabada yönəltdilər, amma burdakı həkimlər Fərəc və Babaxan doktor məni daha da pisləşdirdilər”.Legion.az saytı olaraq, bu mövzuda Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunun direktoru Vaqif  Verdiyevin də fikrini öyrənməyə çalışdıq. V.Verdiyev bizə bildirdi ki, elə əməliyyatlar var ki, onu ABŞ-da belə etmək risklidir.

“Mən məsələylə maraqlanıb, beş dəqiqə sonra sizə zəng edərəm”, – deyə V.Verdiyev bildirdi.Beş dəqiqədən sonra, V.Verdiyevdən redaksiyamıza zəng gəldi və o, şöbə müdiri Əli Davudovla danışdığını, məsələni soruşduğunu qeyd etdi.“Əli doktor o xəstəni xatırlamadı. Amma and içdi ki, mən ömrümdə elə söz deyə bilmərəm. Biz heç kimə elə cavab vermirik ki, Türkiyəyə getməlisən. Adətən, xəsarət alan hərbçiləri Türkiyəyə göndəririk. Xəstənin dilindən kağız istənilməsi normaldır, əməliyyat riskli ola bilərdi. Belə hallarda 30-40 faiz risk var. Hər halda, həmin gənc bir daha bizə müraciət etsin, ona yenidən baxaq”, – deyə V.Verdiyev cavab verib. Cəlilabad Səhiyyə Şöbəsi ilə də dəfələrlə əlaqə saxlamağa çalışdıq, lakin cəhdlərimiz boşa çıxdı.

Rüfət Əhmədzadə

Legion.az

feba7 feba5 feba4 feba3 feba2 feba1 feba 6 20160629172242
feba8

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR