6 avtomobili yandıran gənc ruhi xəstəxanaya yerləşdirildi (FOTO)

ya1O, avtomobilləri düzgün saxlanılmadığı üçün yandırdığını bildirmişdi.

Gədəbəydə 6 avtomobili yandıran 25 yaşlı gənc xəstəxanaya yerləşdirilib.  Kəpəz TV (Region TV) xəbər verir ki, 2 gün öncə Gədəbəydə 6 avtomobili yandıran Novruz Vəliyev Qazax Rayonlararası Ruhi Dispanserə göndərilib. 

Alışqan və benzinlə “silahlanan” 25 yaşlı Fərzalı kənd sakini 2 ədəd Niva, 2 ədəd “QAZ 53”, 1 ədəd “UAZ”, 1 ədəd “Zil” markalı maşını yandırıraq tam yararsız hala salmışdı.  O, avtomobilləri düzgün saxlanılmadığı üçün yandırdığını bildirmişdi. 

Kənd sakinləri bildirir ki, Novruz ali məktəbi bitirib rayona qayıtdıqdan sonra onda psixoloji problemlər yaranıb. Elə bu səbəbdən valideynləri onu bir müddət paytaxda ruhi xəstəxanalardan birinə yerləşdiriblər. Hazırda gənc yenidən müalicə olunur.

ya1 ya2 ya3

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR