8 yaşı var, 70 əməliyyat keçirib

img2110316Bursada 3 yaşında ikən hamamda tapıb içdiyi təmizlik maddəsinə görə daxili orqanları zədələnən Kayra Yaman son 5 ildə Bursa və Ankarada 30, müalicə üçün getdiyi Amerikada isə 40 dəfə əməliyyat olunub.
Bütün bu əməliyyatlara baxmayaraq, uşaq özəl bir cihaz sayəsində qidalana bilir. Təmizlik maddəsini içəndən sonra halı pisləşən, ailəsi tərəfindən aparılan xəstəxanalarda “yaşamayacaq” deyilən Kayra isə yaşamağa davam edir.
Kayra Amerikaya getdiyi zaman çəkisi 16 kilo olsa da, 1 il içində 27 kiloya çatıb. Ailə uşaqlarının müalicəsini Türkiyədə davam etdirəcək. Uşağın qida borusunun genişlənməsi üçün yeni əməliyyat keçiriləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR