ABŞ-da bir nəfər müğənniyə atəş açıb və sonra özünü öldürüb

59788ae0-2c80-4bc1-bd0a-8651f39f78d6_292Orlandoda (Florida ştatı) bir kişi konsertdən sonra müğənniyə atəş açıb, daha sonra özünü öldürüb.

Bu barədə “Report” “NBC News”a istinadən xəbər verir.

Hadisə müğənni Kristina Qrimmi və “Before You Exit ” musiqi qrupunun üzvləri konsertdən sonra avtoqraf payladıqları zaman baş verib.

Kişi Qrimmiyə atəş açdıqdan sonra müğənninin qardaşı onu saxlamaq istəyib, lakin cinayətkar özünü güllələyib və hadisə yerində keçinib. Müğənninin vəziyyəti ağırdır.

Atəş açanın şəxsiyyəti hələlik müəyyənləşməyib, cinayətin motivləri də məlum deyil.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR