AÇ-2016: Britaniyalıların oyununa britaniyalı hakim

172c9f176f213205adaf0285bf6c99deFransada keçirilən Avropa çempionatında 1/8 final mərhələsinin ilk təyinatları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA bu mərhələnin 3 matçının hakimlərini açıqlayıb.

İyunun 25-də baş tutacaq qarşılaşmalardan 2-si ingiltərəli hakimə tapşırılıb. Günün ilk qarşılaşmasında İsveçrə ilə Polşa üz-üzə gələcək ki, bu görüşdə ada təmsilçisi Mark Klattenburq fit çalacaq.

Britaniya ölkələri olan Uelslə Şimali İrlandiyanın mübarizəsində də ədaləti məhz britaniyalı referi Martin Atkinson qoruyacaq.

Xorvatiya – Portuqaliya oyununu isə ispaniyalı Karlos Velasko Karbalyo idarə edəcək.

Avropa çempionatı – 2016

1/8 final mərhələsi

25 iyun

17:00. İsveçrə – Polşa

Baş hakim: Mark Klattenburq

Yan xətt hakimləri: Simon Bek, Cek Kollin

Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)

Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan)

Ehtiyat yan xətt hakimi: Damianos Eftimiadis (Yunanıstan)

Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)

UEFA nümayəndəsi: Nodar Axalkatsi (Gürcüstan)

Sent-Etyenn. “Joffrua Qişar” stadionu

 

20:00. Uels – Şimali İrlandiya

Baş hakim: Martin Atkinson

Yan xətt hakimləri: Maykl Mellarki, Stefen Kild

Əlavə köməkçi hakimlər: Maykl Oliver, Kreyq Pouson (hamısı İngiltərə)

Dördüncü hakim: Feliks Brix (Almaniya)

Ehtiyat yan xətt hakimi: Mark Borş (Almaniya)

Hakim-inspektor: Mark Batta (Fransa)

UEFA nümayəndəsi: Stin Dahrup (Danimarka)

Paris. “Stad de Frans”

 

23:00. Xorvatiya – Portuqaliya

Baş hakim: Karlos Velasko Karbalyo

Yan xətt hakimləri: Roberto Alonso Fernandes, Xuan Karlos Yuste Ximenes

Əlavə köməkçi hakimlər: Xesus Gil Manzano, Karlos del Serro Qrande (hamısı İspaniya)

Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)

Ehtiyat yan xətt hakimi: Gyorgi Rinq (Macarıstan)

Hakim-inspektor: Devid Ellari (İngiltərə)

UEFA nümayəndəsi: Alan Makri (Şotlandiya)

Lans. “Bollar-Delelis” stadionu

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR