AÇ-2016: Öncə Britaniya derbisi, sonra qaliblərin dueli

443747Bu gün Avropa çempionatının qrup mərhələsi çərçivəsində ikinci turun daha 3 oyunu keçiriləcək.

Qafqaznews.az apasport.az-a istinadən xəbər verir ki, ilk olaraq Britaniya derbisi baş tutacaq.

B qrupunun mərkəzi qarşılaşmasında İngiltərə Uelslə oynayacaq. Qrupdakı ilk matçında Rusiya ilə son dəqiqələrdə buraxdığı qolla bərabərə qalan Roy Hocsonun yetirmələri qonşuları ilə oyunda ilk qələbənin sevincini yaşamaq istəyirlər. “Qırmızı əjdahalar” isə ikinci oyunu da itkisiz keçərək qrupdan çıxmağı böyük ölçüdə təmin etmək istəyirlər.

Günün digər matçları isə C qrupu çərçivəsində baş tutacaq. Əvvəlcə Ukrayna Şimali İrlandiya ilə, daha sonra isə Almaniya Polşa ilə münasibətlərinə aydınlıq gətirəcək.

İlk matçında yaxşı oynamasına rəğmən yekunda məğlub olan ukraynalılar bu dəfə meydana mütləq qələbə əzmi ilə çıxacaqlar.

Almaniya – Polşa matçı isə ilk matçı qələbə ilə başa vuran iki komandanın dueli olacaq. Qalib gələn komanda növbəti mərhələyə yüksəlmək uğrunda inamlı addım atmış olacaq.

Avropa çempionatı
Qrup mərhələsi
II tur
16 iyun

B qrupu
17:00. İngiltərə – Uels

Baş hakim: Feliks Brix
Yan xətt hakimləri: Mark Borş, Stefan Lupp
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits (hamısı Almaniya)
Dördüncü hakim: Matey Yuq (Sloveniya)
Lans. “Bollar-Deleli” stadionu

C qrupu

20:00. Ukrayna – Şimali İrlandiya

Baş hakim: Pavel Kraloveç

Yan xətt hakimləri: Roman Slişko, Tomaş Mokruş

Əlavə köməkçi hakimlər: Petr Ardeleanu, Miçal Patak (hamısı Çexiya)

Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan)

Lion. Şəhər stadionu

23:00. Almaniya – Polşa

Baş hakim: Byorn Kuypers

Yan xətt hakimləri: Sander van Rokel, Ervin Zeinstra

Əlavə köməkçi hakimlər: Pol van Bokel, Riçard Lisveld (hamısı Hollandiya)

Dördüncü hakim: Daniele Orsato (İtaliya)

Paris. “Sen-Deni” stadionu

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR