Afrikada “DÇ-2018″in püşkü atıldı

446355“DÇ-2018″in seçmə mərhələsinin Afrika zonası üzrə püşkü atılıb.

Qafqaznews.az qol.az-a istinadən xəbər verir ki, püşkatma mərasimində 20 yığma iştirak edib.

Beş qrupda mübarizə aparacaq 20 komandadan yalnız 5-i 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsində oynamaq hüququ əldə edəcək. Bu isə o deməkdir ki, yalnız qrup qalibləri mundial üçün Rusiyaya yollanacaq.

Qeyd edək ki, ən gərgin mübarizənin B qrupunda gedəcəyi gözlənilir. Əlcəzair, Kamerun və Nigeriya kimi Afrika nəhənglərindən yalnız biri dünya çempionatının final mərhələsində oynayacaq.

A qrupu: Konqo DR, Qvineya, Liviya, Tunis

B qrupu: Əlcəzair, Kamerun, Nigeriya, Zambiya

C qrupu: Qabon, Kot-d`İvuar, Mali, Mərakeş

D qrupu: Burkina-Faso, Kabo Verde adaları, Seneqal, CAR

E qrupu: Konqo, Qana, Misir, Uqanda

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR