Ağdaşın “sirli məxluqlarını” tuta bilmədilər – POLİS ƏMƏLİYYATI

teleqraf.com1466843554screenshot_6_(1)Bir aydır Ağdaş rayonu Qoşaqovaq kənd sakinlərini qorxuya salan qəribə məxluqları “tutmaq” mümkün olmayıb.

Kənd bələdiyyəsinin sədri Cəbrayıl Həşimov Publika.az-a açıqlamasında bildirib ki, polis və sakinlər hadisə ilə bağlı kənddə post qurub və səhər saatlarına qədər kəndin giriş-çıxışı nəzarətdə saxlanılıb: “Gecə səhərə qədər kəndin 3 müxtəlif yerindən çağırış gəlib. Polis və sakinlər hər üç evin həyətində baxış keçirib. Məlum oldu ki, səs-küyü həyətdəki itlər salıb. Sakinləri sakitləşdirəndən sonra oradan getmişik. Bir sözlə, bu gecə keçirilən reyd zamanı sakinlərin qorxu içində olduğunu müşahidə etdik”.

Bələdiyyə sədrinin sözlərinə görə, gecə keçirilən reyd, polisin kənddə olması sakinləri bir qədər sakitləşdirib: “Ola bilər ki, bu vaxta qədər kimsə həyətləri gəzib, amma bizim gələcəyimizi bilib, evlərə gəlməyib. Sakinlərdə narahatlığı götürmək üçün bu gecə də, bir neçə gün də reydləri davam etdirəcəyik. Əgər bu sakinlərdəki qorxudan yaranan haldırsa, onları sakitləşdirənə qədər işi davam etdirəcəyik”.

Qeyd edək ki, kənd sakinləri həyətlərində hündür, qara geyimli, başı papaqlı, saqqallı müxtəlif varlıqlar gördüklərini iddia edirlər. Onların sözlərinə görə, həmin varlıqlar evlərə daş atır, səhərə qədər həyətlərdə gəzir, torpağı qazırlar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR