Alimlər: Sərvət ailələrin dağılmasına səbəb olur

скачанные файлыYüksək gəliri olan insanlar doğmaları ilə ünsiyyətə çox az zaman ayırırlar.

Emori Universitetinin elmi əməkdaşları Minnesot Universitetindən olan həmkarları ilə sərvətin ailənin möhkəmlənməsinə yardım etmir, əksinə, onun dağılmasına gətirib çıxara bilir fikrinə gəliblər.

Oxu.Az Informing-ə istinadən xəbər verir ki, alimlər müxtəlif sosial təbəqələrdən və yaş kateqoriyasına aid olan 120 min amerikalı arasında tədqiqat aparıblar.Nəticədə mütəxəssislər bu qənaətə gəliblər ki, yüksək gəliri olan insanlar doğmaları ilə ünsiyyətə çox az zaman ayırırlar, onlar daha çox yalnız və ya dostlarının əhatəsində zaman keçirməyə üstünlük verirlər. Rusiyalı alimlər amerikalı həmkarları ilə ümumilikdə razıdırlar. Doğrudur, onlar səbəb-nəticə əlaqəsinin pozulmasını da xatırladırlar. İş ondadır ki, sərvət boş yerdə yaranmır.

Təminatlı insanlar, kapitalı yığmaq üçün çox böyük zaman sərf edirlər. Nəticədə onlar tərəfdaşları ilə ailə üzvlərindən daha çox vaxt keçirirlər. Bununla da doğmalarından daha çox uzaqlaşırlar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR