Almaniya: ‘AB Britaniyasız da bacara bilər’

img2107503Böyük Britaniyanın Avropa Birliyindən çıxması alyans üçün mənfi təsirlərə səbəb olacaq.
Axar.az xəbər verir ki, bunu “Der Şpiqel” jurnalına müsahibəsində Almaniya Maliyyə naziri Volfqanq Şoyble söyləyib. Onun sözlərinə görə, Almaniya Britaniyanın AB-dən çıxmaması üçün hər şeyi edəcək:
“Biz bütün ssenariləri nəzərdən keçiririk. Britaniyadan sonra daha bir neçə dövlət həmin yolu gedə bilər. Bunun heç birini istisna etmək olmaz. AB-dən çıxma Britaniyaya da zərər gətirəcək. Lakin Avropa Britaniyasız da ayaq üstə qala bilər”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR