Aralıq dənizində “Egypt Air” aviaşirkətinə məxsus təyyarənin qalıqları tapılıb

img2112440“John Lethbridge” axtarış gəmisi Aralıq dənizində “Egypt Air” aviaşirkətinə məxsus A 320 təyyarəsinin yeni qalıqlarını tapıb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, artıq qəza ilə bağlı istintaq aparan müstəntiqlərə müvafiq fotoşəkillər göndərilib. Bundan sonra “John Lethbridge”-dəki mütəxəssislər ərazinin xəritəsini tərtib edəcəklər.
“Egypt Air” aviaşirkətinə məxsus A 320 tipli sərnişin təyyarəsi Paris-Qahirə reysi ilə hərəkət edərkən mayın 19-da radarlardan itib. Təyyarədə 66 nəfər olub.
Mayın 20-də Misir hökuməti tǝyyarǝyǝ mǝxsus qalıqların İsgəndəriyyə şəhərindən 290 km aralıda tapıldığını açıqlamışdı. Həmçinin, sərnişinlərin meyitləri və şəxsi əşyaları aşkarlanmışdı.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR