Argentina qələbəsi: Messi şou göstərdi – Video

1465627689Amerika Kubokunun qrup mərhələsində Argentina və Panama yığmaları qarşı-qarşıya gəlib

Axar.az xəbər verir ki, Messinin 3 qol vurduğu qarşılaşmada Argentina rəqibini 5-0 hesabı ilə məğlub edib. Argentina millisi oyunun əvvəlində – 7-ci dəqiqədə Otamendinin vurduğu qolla hesabı açıb. 31-ci dəqiqədə Panama azlıqda qalıb: Anibal Qodoy meydandan qovulub.

Matçın 61-ci dəqiqəsində meydana daxil olan Leo Messi oyunun taleyini həll edib. O, 68, 78 və 87-ci dəqiqələrdə fərqlənməklə het-trik edib. Serxio Aquero isə son dəqiqələrdə yekun qolu vurub.

Bu qalibiyyətlə xallarının sayını 6-ya çatdıran Argentina növbəti mərhələyə yüksəlib.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR