Artıq otaqdakı dibçəklərdən də enerji almaq olacaq -MARAQLI

86240Perulu alimlər otaq bitkilərindən enerji almağın üsulunu tapıblar. Məlumdur ki, bitki və mikrobların çürüməsi nəticəsində yaranan sərbəst elektronların hesabına torpaq təbii enerji mənbəyinə  evrilir və alimlər də bundan yararlanaraq otaq bitkilərindən əldə olunan enerji ilə işləyən və görünüşcə LED lampanı xatırladan, “plantalamparas” adlanan eko-lampa hazırlayıblar.
Moderator.az xəbər verir ki, bitkilərdən enerji alınması oksidləşmə zamanı baş verən kimyəvi reaksiyaların nəticəsində həyata keçir. Bir otaq bitkilərindən alınan enerjini iki saat ərzində istifadə etmək olar.
Elmin Nuri

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR