“AvtoVAZ” maşınlarını geri çağırır

avtovazRusiyanın ən böyük avtomobil şirkəti olan “AvtoVAZ” 7445 ədəd “Lada Largus” markalı minik avtomobilini geri çağırıb.

Anspress-in məlumatına görə, çağırışa səbəb avtomobillərin mühərrikinin soyutma hissəsində məftilin ərimə ehtimalının olmasıdır. Bu çağırış К4М mühərrikli maşınlara aiddir.

Problem yalnız 16 noyabr 2015-ci il tarixindən etibarən istehsal olunan avtomobillərdə yaranıb.

Şirkətin rəsmi məlumatında bildirilir ki, avtomobillərin sahiblərinə telefon vasitəsilə məlumatlar göndərilib. Həmçinin “Lada Largus” markalı avtomobillərin sahibləri təmir işlərinin aparılması üçün şirkətin rəsmi diler mərkəzlərinə yaxınlaşa bilərlər.

Təmir zamanı həmin problem olan detal yenisi ilə əvəzlənəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR