Avropa çempionatında 4 oyunla qrup mərhələsinə yekun vurulacaq

img2112412Bu gün Avropa çempionatında 4 oyun keçiriləcək.
“Report”un məlumatına görə, görüşlər “E” və “F” qruplarında baş tutacaq.
“E” qrupunda növbəti mərhələyə vəsiqəni təmin etmiş İtaliya yığması İrlandiyanı sınağa çəkəcək. Aktivində 6 xal olan Antonio Kontenin komandası qalib gələcəyi təqdirdə, İrlandiya qitə turnirində mübarizəni dayandıracaq. 1/8 finala çıxmaq üçün İrlandiya mütləq qələbə qazanmalıdır.
Eyni qrupun digər oyununda İsveç və Belçika komandaları qarşılaşacaq. Bu matçı hər iki komanda üçün ölüm-dirim savaşı adlandırmaq olar. Qalib komanda qrup ikincisi kimi yoluna davam edəcək. Belçika məğlub olacağı təqdirdə İtaliya – İrlandiya oyununun nəticəsindən asılı olaraq ən yaxşı qrup üçüncüsü kimi 1/8 finala vəsiqə əldə edəcək.
“F” qrupunda isə 4 komandanın hamısının növbəti mərhələdə iştirak etmək şansı var.
Hazırda 4 xalla qrupun birinci pilləsində qərarlaşan Macarıstan Portuqaliya ilə münasibətlərinə aydınlıq gətirəcək. Macarlar qələbə qazanarsa, qrup lideri kimi yola davam edəcəklər. Aktivində 2 xal olan Portuqaliya isə 3 xal əldə edəcəyi təqdirdə birinci pilləyə yüksələcək. İslandiya – Macarıstan qarşılaşmasında qrupun digər oyununun nəticəsindən asılı olaraq – Macarıstan qələbə qazanarsa, birincilər heç-heçə sayəsində də Fransada mübarizəni davam etdirəcək. Bir xalla qrup sonuncusu olan Avstriya isə növbəti mərhələyə yüksəlmək üçün yalnız qələbə qazanmalıdır.
Avropa çempionatı, III tur
 
“F” Qrupu
20:00 İslandiya – Avstriya
Baş hakim: Şimon Marçinyak
Yan xətt hakimləri: Pavel Sokolniski, Tomaş Listkeviç
Əlavə köməkçi hakimlər: Pavel Raçkoviski, Tomaş Musyal (hamısı Polşa)
Dördüncü hakim: Mark Klattenburq (İngiltərə)
Sen-Deni. “Stad de Frans”
20:00 Macarıstan – Portuqaliya
Baş hakim: Martin Atkinson
Yan xətt hakimləri: Mixael Mullerkey, Stefan Çayld
Əlavə köməkçi-hakimlər: Mixael Oliver, Kreyq Pouson (hamısı İngiltərə)
Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)
Lion. “Lyumler”
“E” Qrupu
23:00 İtaliya – İrlandiya
Baş hakim: Ovidiu Alin Hateqan
Yan xətt hakimləri: Oktavian Sovre, Sebastian George
Əlavə köməkçi-hakimlər: Aleksandru Tudor, Sebastian Coltesku (hamısı Rumıniya)
Dördüncü hakim: Tasos Sidiropulos
Lill. “Pyer Morua”
23:00 İsveç – Belçika
Baş hakim: Feliks Brıx
Yan xətt hakimləri: Mark Borş, Ştefan Lupp
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits (hamısı Almaniya)
Dördüncü hakim: Matey Yuq (Sloveniya)
Nitsa. “Alyans Rivyera”
Qeyd edək ki, 1/8 final oyunlarına iyunun 25-dən start veriləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR