Avropa çempionatları tarixində bir ilk: iki qardaş… – FOTO

442668“Avro-2016″nın A qrupunda keçirilən Albaniya – İsveçrə oyunu həm də qardaş futbolçuların qarşılaşması kimi tarixə düşüb

Qafqaznews.az qol.az-a istinadən bildirir ki, hər iki yığmanın heyətində Caka soyadlı futbolçular start heyətində meydana çıxıb.

Ötən ay “Arsenal”a transfer olunan Qranit Caka alban əsilli olsa da, İsveçrə millisində çıxış edir. Onun “Bazel”də oynayan qardaşı Taulant Caka isə Albaniya yığmasının şərəfini qoruyur.

Qranit Caka Albaniya – İsveçrə görüşündən öncə “tvitter” sosial şəbəkəsindəki səhifəsində paylaşdığı şəkillə diqqətləri üzərinə çəkib. Qardaşı Taulantla uşaqlıq şəklini paylaşan Qranit ingiliscə “Hazırsan qardaşım? Mən hazıram” sözlərini yazıb.

Qeyd edək ki, Albaniya – İsveçrə oyunu Avropa çempionatlarının final mərhələlərində ilk qardaş dueli kimi tarixə düşüb.

442668_01

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR