Avropa Qran-prisinin ilk sərbəst yürüşü başa çatıb

0de5a90d-5955-40da-b8b3-dc086c2da1cc_292Bakıda keçirilən Avropa Qran-prisinin ilk sərbəst yürüşü başa çatıb.

“Report”un məlumatına görə, ən yaxşı göstərici “Mercedes”in pilotu Lüis Hamiltona məxsusdur.

31 yaşlı pilot 1:46.435 dəqiqəlik göstərici nümayiş etdirib. Hamiltonu 1:46.812 dəqiqəlik nəticə ilə komanda yoldaşı Niko Rosberq izləyir. Siyahının üçüncü pilləsində isə 1:47.096 dəqiqə ilə “Williams Martini Racing”in pilotu Valtteri Bottas qərarlaşıb.”McLaren Honda”nın pilotu Fernando Alonso 4-cü (1:47.989), “Scuderia Ferrari”nin pilotu Sebastyan Fettel isə 1:48.627 dəqiqəlik göstərici ilə 5-cidir.Qeyd edək ki, növbəti sərbəst yürüşə saat 17:00-da start veriləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR