“Avtobusa minməmişəm e, qaqaş, oğurluq eləmişəm” – Maqnitafon oğrusu (VİDEO – FOTO)

mo1“30-32 dənə olub, 15 minə satmışam”

Sərnişin avtobuslarından oğurluq edən şəxs saxlanılıb. Hadisə Abşeronda qeydə alınıb.Rəvan Qurbanov Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq onun idarə etdiyi 196 saylı avtobusunun maqnitafonunun oğurlanması barədə məlumat verib. Daxil olan məlumat əsasında Abşeron rayon polis idarəsinin əməliyyatçıları oğurluqda şübhəli bilinən Fərid Mehdiyevi saxlayıb. İdarədə dindirilən şəxs törətdiyi əməli etiraf edib.

Saxlanılan Fərid Mehdiyev 119 saylı sərnişin avtobusunda işlədiyini deyir. Polis əməkdaşlarının apardıqları araşdırmlar nəticəsində Fəridin bundan başqa daha bir necə oğurluq əməli törətdiyi məlum olub.

Fərid Mehdiyev – saxlanılan şəxs: “Avtobusa minməmişəm e, qaqaş, oğurluq eləmişəm. Maşın bazarda dayanmışdı, içərisinə girib, maqnitafon və kalonka götürmüşəm, satmışam. 26, 27, 28 nömrəli marşrutlardan oğurluq eləmişəm. 30-32 dənə maqnitafon və kalonka olub, 15 minə satmışam”.

Artıq faktla bağlı Abşeron rayon polis idarəsində cinayət işi başlanıb, araşdırma aparılır. (Region TV)

mo3 mo2

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR