Ayaqlarını dənizə saldı, 4 gün sonra qıçı kəsildi – FOTO

445799_01ABŞ-ın Texas ştatında yaşayan Brian Parrott ailəsi ilə birlikdə istirahət etmək üçün dənizə üz tutub. Dənizdən qayıtdıqdan 4 gün sonra ayağında güclü ağrılar hiss edib və xəstəxanaya çatdırılıb.

Qafqaznews.az bizimyol.info-ya istinadən bildirir ki, onun ayağını xilas etmək mümkün olmayıb. Həkimlər xəstənin həyatını qurtarmaq üçün onun ayağını kəsmək məcburiyyətində qalıblar.

Həkimlərin sözlərinə görə, infeksiya Parrotun ayağında olan kiçik sıyrıqdan yoluxub.

Mütəxəssislər bədənində açıq yara olanların dənizə, okeana, gölə girdikdə diqqətli olmalarını tövsiyə edirlər.

445799_02

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR