Azərbaycan nefti cüzi bahalaşıb

222847e3-98c9-4327-86b7-3182c0f27931_292Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,27 dollar və yaxud 0,54% bahalaşıb.

“Report” xəbər verir ki, “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 50,66 dollara bərabər olub.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR