Azərbaycanda 2900-dən artıq xəstə hemodializ müalicəsi alır

a1da85697e5f4ebe56f1190d28c03749Hazırda dünya əhalisi arasında xroniki böyrək çatışmazlığından (XBÇ) əziyyət çəkən və dializ müalicəsinə cəlb olunan xəstələrin sayı artır. Lent.az-ın məlumatına görə, bunu M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev Klinik Tibbi Mərkəzdə keçirilən dəyirmi masada bildirib. F. Babayev sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, müxtəlif ölkələrdə 1 milyon əhalidən 800-1000 nəfərində XBÇ müşahidə olunur və onlardan 250-650 nəfəri dializ müalicəsi alır. Şöbə müdiri qeyd edib ki, hazırda 2900-dən artıq xəstə Azərbaycanda fəaliyyət göstərən 34 hemodializ mərkəzində dövlət vəsaiti hesabına proqram hemodializ müalicəsi qəbul edir: “Hemodializ mərkəzlərindən 27-si regionlarda, 7-i isə Bakıda fəaliyyət göstərir. Müqayisə üçün qeyd edim ki, 2003-cü ildə Azərbaycanda 1, 2006-cı ildə isə cəmi 4 hemodializ şöbəsi var idi. Hazırda ölkədə 544 hemodializ aparatı xəstələrə xidmət edir. Müalicənin keyfiyyətinin yaxşılaşması, xəstələrin ömrünün uzanması, bu xəstəlikdən ölüm hallarının azalması nəticəsində dializ ilə əhatə edilən xəstələrin sayı hər il 20-22 % artır. Dializ xəstələrinin dərman və tibbi ləvazimatlarla təminatı da tam həcmdə dövlət tərəfindən qarşılanır. Xəstələrə 171 həkim-nefroloq, 408 orta tibb işçisi xidmət göstərir”.

 

Xroniki böyrək çatışmazlığının hər hansı səbəbdən böyrəklərin funksiyasının tədricən zəifləməsi nəticəsində baş verən patoloji hal adlandıran F.Babayev bildirib ki, böyrəklərin xroniki iltihabı, irsi, allergik-immunoloji, infeksion xəstəlikləri, eləcə də şəkərli diabet, hipertoniya, sistem xəstəlikləri, qida və dərman zəhərlənmələri, bir sıra uroloji obstruktiv patologiyalar XBÇ-nin baş verməsinə səbəb olur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR