Azərbaycanda iki uşaq bədbəxt hadisə nəticəsində ölüb

cb42d89d-7681-4c5c-8484-97323ca9011e_292Azərbaycanda iki azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. “Report” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisələrdən biri Bakının Xətai rayonunda qeydə alınıb.Belə ki, iyunun 19-da Xətai rayonu ərazisində yaşayan azyaşlı Aylin Səfərova 3-cü mərtəbədəki evlərinin pəncərəsindən yıxılıb.Xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.Digər hadisə Saatlı rayonunda baş verib. İyunun 19-da Saatlı rayonunda yaşayan azyaşlı Ağaxan Fərzəlizadəni elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR