Azərbaycanda ilk dəfə – Rəngli baramalar yetişdirilir – VİDEO – FOTO

bandicam 2016-06-28 18-07-32-220Rəngli baramalar dünyanın müxtəlif ölkələrində yetişdirilsə də Azərbaycanda ilk dəfədir ki, Şəkidə bu proses həyata keçirilir.

Əvvəllər digər regionlardan bu cür barama sortları gətirilsə də onların mövcud iqlim şəraitinə uyğunlaşmaması baramaçıların da işini çətinə salırdı. Ancaq bu çətinliyin aradan qaldırılması üçün Elmi mərkəzin alimləri rəngli baramanı yerli sortlardan almaqla ilkə imza atıblar.

İlkin tədqiqatlar nəticəsində əmələ gələn rəngli baramaların sayının artırılması istiqamətində də işlər görülür. Bu məqsədlə sortların çoxaldılması nəzərdə tutulub.

Barama ilkin olaraq çəhrayı rəngdə yetişdirilib. Ancaq növbəti mərhələlərdə digər rənglərdə də bu xammalın ərsəyə gətirilməsi nəzərdə tutulub. Əlbəttə belə olan təqdirdə bu baramalardan sənayedə də istifadə etmək mümkün olacaq. Mütəxəssislərin sözlərinə görə, xüsusilə kələğayı istehsalında rəngli baramalardan geniş şəkildə istifadə etmək olar. (Region TV)

bandicam 2016-06-28 18-08-35-244 bandicam 2016-06-28 18-07-42-661 bandicam 2016-06-28 18-08-25-776

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR