Azərbaycanda sığorta ombudsmanı yaradılacaq

скачанные файлыPalata sektorun inkişafı üçün konkret istiqamətlər müəyyən edib.

“Maliyyə Bazarlarına Nəzarət Palatasının əsas vəzifəsi bank, sığorta və kapital bazarına nəzarət mexanizmini həyata keçirməkdir”.

Qafqaznews.az  Fins.az-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Sığorta Formunda Maliyyə Bazarlarına Nəzarət Palatasının Strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarov deyib.

A.Zülfüqarov bu zəmində görülən işlərə misal olaraq konsolidasiya olunmuş nəzarət mexanizmlərinin işlənib hazırlanmasını misal göstərib.

“Makro prudensial idarəetmə və tənzimləmə üzrə beynəlxalq səviyyədə qəbul edilmiş standartların tətbiqi zəruridir.

Banklar üçün nəzərdə tutulan yeni standartların tətbiqini təmin etmək üçün bu işləri həm bank, həm də sığorta bazarında eyni anda başa çatdırmağı fikirləşirik”.

A.Zülfüqarov bildirib ki, palata sığorta sahəsində aşağıdakı işləri planlaşdırır:

– Keyfiyyətli risk transferi sistemlərinin qurulması – burada təkrarsığortanın önəmi xüsusilə vacibdir,

– Sığorta iştirakçılarının lokal səviyyədən regional səviyyəyə keçməsi,

– Sığorta ombudsmanlarının yaradılması.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR