Azərbaycanın Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bayraqdarı açıqlanıb

7c24bbd3-29e4-47f1-8f40-dd53b2333163_292Azərbaycan milli komandasının 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bayraqdarı boksçu Teymur Məmmədov ola bilər.

“Report”un məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, T.Məmmədovun bayraqdar olması bu gün Bakıdakı Dünya Təsnifat Turnirində 1/4 final döyüşündən qalib ayrılaraq, olimpiadaya lisenziya qazanacağı halda rəsmiləşəcək: “Əgər Teymur Məmmədov olimpiadaya lisenziya qazanmasa bayraqdarın kim olması ilə bağlı yekun qərarı Milli Olimpiya Komitəsi verəcək”.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR