Azərbaycanın veteran cüdoçusu Avropa çempionu olub

dc26316c-f03f-4e09-bce4-2477c2bd3410_292Xorvatiyanın Poreç şəhərində veteran cüdoçular arasında Avropa çempionatına start verilib. “Report”un məlumatına görə, Azərbaycan milli komandası yarışın ilk günündə aktivinə 1 qızıl medal yazdırıb.

90 kq çəki dərəcəsində mübarizə aparan Fərhad Rəcəbli ilk qarşılaşmasında rusiyalı Viktor Nikitinə, ardından fransalı Erve Piyo və Manuel Pajaroya, finalda isə ukraynalı İqor Knışa qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın digər cüdoçularından Tariyel Məmmədov (60 kq) 5-ci, Mübariz Pənahov (100 kq) 7-ci yeri tutub.

b2f9ee44-6334-48c2-837c-611819191b42 448c2045-dea5-4f3f-8d69-c169022ef8c6 1cd32475-f907-4fd9-b099-649623284fc8

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR