Azərbaycanlı jurnalist erməni yalanlarını efirdə üzə çıxardı

img2102915Rus aparıcı erməni yalanlarını ört-basdır etməyə çalışıb.

Azərbaycanlı jurnalist Fuad Abbasov Rusiyada erməni yalanlarını üzə çıxarıb. ANS PRESS-in məlumatına görə, qalmaqal “Rossiya-1” telekanalında yayımlanan “Voskresnıy veçer” verilişində baş verib. Proqramda Yevgeni Satanovski, Vladimir Jirinovski, Semyon Baqdasarov kimi tanınmışlar da iştirak edib.
Aparıcı Vladimir Solovyov verilişə dəvət etdiyi qonaqlarla qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsinin Almaniya Bundestaqı tərəfindən qəbul edilməsi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərini müzakirə edib.
Maraqlısı ondadır ki, aparıcı Fuad Abbasova danışmağa imkan verməyib. Fuad Abbasov ermənilərin Xocalıda törətdikləri qırğından bəhs edib. Lakin aparıcı onun sözlərini kəsərək danıçmasına imakn verməyib.
O, baş vern hadisələrin ABŞ-ın maraqlarına uyğun olduğunu, Ərdoğanın heç bir şanataj xarakterli çıxışı olmadığını deyib. Jurnalist Ərdoğanın geosiyasətini şantaj adlandırmağın doğru olmadığını qeyd edib.
Vladimir Jirinovski Türkiyə ilə sərhəddə vurulan “Su-24″ün qəsdən salındığını deyib. Onun sözlərinə görə, məqsəd mükmməl əlaqələri olan Rusiya il Türkiyənin münasibətlərini kormalaq olub. “Amerika bizim daha da yaxınlaşacağımızdan qorxub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR