Azərbaycanlı müğənni qaraçıların arasında – VİDEO – FOTO

rovsen-civisov-kobra-sou (3)Türkiyə şou-biznesinə qatılmaqda iddialı olan müğənni Rövşən Civişov bu dəfə qaraçıların verilişində qonaq olub.

Qafqaznews.az xəbər verir ki, R.Civişov Türkiyə  qaraçılarının “Yıldız TV”də yayımlanan “Kobra şou” verilişinə dəvət olunub. Onu verilişdə Azərbaycanın Tarkanı kimi təqdim ediblər. Dörd saatlıq canlı şou zamanı müğənni repertuarında yer alan mahnıları ifa edib.

Həmçinin verilişdə “Popstar Alaturka” müsabiqəsindən tanınan Erkan, Rövşənin yaxın dostlarından biri olan həmkarı Cansever və Taysu da qonaq olublar.

Qeyd edək ki, R.Civişov Türkiyənin tanınmış meneceri ilə işbirliyi qurub və fəaliyyətini qardaş ölkədə davam etdirir.

rovsen-civisov-kobra-sou (1) rovsen-civisov-kobra-sou (2)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR