Bakıətrafı qəsəbələrdə yol inşaatından ən çox kimlər varlanır? – ARAŞDIRMA (FOTOLAR)

9e51bzohrab1Fırıldaqda ittiham olunan Zöhrab Əliyevin daha bir maxinasiyası üzə çıxdı

 İyunun 18-də  Qafqaznews.az saytında “Zərərçəkmişlər onlara 265 min manat “atan” Zöhrab Əliyevi axtarır” başlıqlı yazı dərc olunmuşdu. Yazıda bildirilirdi: “Vətəndaşların 265 min manat pulunu mənimsəyən və uzun müddətdir müxtəlif bəhanələrlə qaytarmayan Zöhrab Zülfi oğlu Əliyev yenidən gündəmə gəlib. Z.Əliyevin işi Sabunçu rayon İcra Şöbəsindən Ədliyyə Nazirliyi Baş İstintaq idarəsinə göndərildikdən sonra, o, zərərçəkmişlərə qısa müddətdə bu pulu qaytaracağına söz vermişdi. Z.Əliyev zərərçəkmişləri inandırmışdı ki, mətbuatda gedən yazılar dayandırılsa, qısa müdətdə “məsələni həll edəcək”. Lakin silsilə yazılar dayandırıldıqdan sonra, Z.Əliyev yenidən “qeybə çəkildi”. Nə Ədliyyə Nazirliyi, nə də hüquq mühafizə orqanları tərəfindən heç bir təzyiqə məruz qalmadığını görən Zöhrab Əliyev müxtəlif bəhanələrlə vaxtı uzatmağa çalışaraq, zərərçəkmişlərin pulunu ödəməkdən boyun qaçırır. Xatırladaq ki, Zöhrab Əliyev bir neçə ay əvvəl Qafqaz  12825113_1686010784992125_1198102528_n-1Xəbər Agentliyinin redaksiyasında etiraf etmişdi ki, icra məmuru Hakim Mirzəyevə rüşvət verməklə vaxt qazanıb və indi də 70 min manat verməklə, ona məsuliyyətdən qaçmağa yardım edəcəklər. Belə anlaşılır ki, Zöhrab Əliyev ən pis halda şərti iş almaqla,265 min manatlıq məsələdən “canını qurtaracağı”nı düşünür”. İyunun 22-də Legion.az saytı olaraq,Qafqaznews.az-ın araşdırmalarını davam etdirdik və Zöhrab Əliyevin bir sıra torpaq maxinasiyaları barədə məlumat əldə etdik.

Qeyd edək ki, iyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu rayonu ərazisində əsaslı şəkildə yenidən qurulan Maştağa-Bilgəh yolunun, həmçinin Nardaran qəsəbəsində Abşeron və Nəsrulla Əsgərov küçələrinin açılışında iştirak edib. Xatırlatmaq yerinə düşər ki, son illərdə Bakıətrafı qəsəbələr ərazisində, məhz dövlət başçısının Sərəncamı əsasında böyük bir magistral xətti – “Bilgəh-Novxanı-Sumqayıt” avtomobil yolu çəkilməkdədir. Yeni yol Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu ilə kəsişərək Bakı-Şamaxı-Yevlax avtomobil yoluna birləşəcək. Bu və digər layihələrin inşasını isə “Azəravtoyol” ASC (köhnə adı ilə “Фото0157Azəryolservis”) həyata keçirir. Bizim Zöhrab Əliyevlə bağlı əldə etdiyimiz məlumatlar isə məhz Bakıətrafı qəsəbələrdə həyata keçirilən bu və digər yol inşaatı layihələri ilə bağlıdır. Legion.az-ın əldə etdiyi məlumata görə, Z.Əliyev başda olmaqla, bir qrup dəllal vaxtilə “Azəryolservis” rəhbərliyində əlaqələr yaradaraq, yol layihələrinin planını qabaqcadan əldə ediblər. Mənbənin verdiyi məlumata görə, Zöhrab Əliyev öz əlaqələrini hazırkı “Azəravtoyol” ASC-nin rəhbərliyindəki şəxslərlə də saxlamaqdadır.

Dəllalların iş mexanizmi isə belədir: onlar yolun hansı küçələrdən və ya hansı evlərin, torpaq sahələrinin üzərindən keçəcəyini əvvəlcədən bilirlər; ona görə də, cəld tərpənərək həmin torpaq sahələrini və evləri sahiblərindən dəyər-dəyməzinə əldə edir, sonra isə baha qiymətə dövlətə satırlar. Nəticədə isə, dəllallar əhalinin məlumatsızlığından istifadə edərək, böyük məbləğdə sərvət sahibi olurlar. Təbii ki, mənbə bu işlərdə onlara kömək edən (məluскачанные файлы (1)mat ötürən) məmurlara da “haqq” verildiyini vurğulayır. Hətta öyrəndiyimizə görə, hazırda inşaat işləri Kürdəxanı-Fatmayı istiqamətində gedir və layihənin keçdiyi ərazilərdə Zöhrab Əliyev böyük torpaq sahələri əldə edərək, onları dövlətə baha qiymətə satıb. Biz bu məsələ ilə bağlı “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. A.Nəcəfli Legion.az-a bildirdi ki, hazırda Fatmayıda heç bir yol inşaatı getmir: “Dünən Maştağa-Bilgəh yolu istifadəyə verilib, hazırda Ramana-Maştağa yolu üzərində işlər gedir”. O qeyd etdi ki, kimlərsə torpaqların alqı-satqısı ilə məşğul olursa, buna görə “Azəravtoyol” məsuliyyət daşımır. “Prezidentin sərəncamı var və bu sərəncam barədə cəmiyyətin xəbəri var. Hansı ərazilərin plana düşdüyü barədə isə əhaliyə məlumat verilir və yolun keçdiyi ev və torpaq sahiblərinə kompensasiya ödənilir. Dəqiq rəqəm deyə bilmərəm, çünki bu məbləğ yerlərə görə dəyişir”, – deyə “Azəravtoyol” rəsmisi bildirib. Biz məsələni dəqiqləşdirmək və məlumatı yerində araşdırmaq üçün, Kürdəxanı və Fatmayı qəsəbələrinə yola düşdük.

Фото0151

Rüfət Əhmədzadə    
Apardığımız fotoçəkilişlərdən də aydın görünür ki, həmin ərazidə yol inşaatı gedir. Yerli sakinlər bizimlə söhbət zamanı təsdiqlədilər ki, yol inşaatından bir neçə ay əvvəl dəllallar bu ərazilərdə müxtəlif torpaq sahələrini və evləri ucuz qiymətə satın alıblar. Öyrəndik ki, sakinlərin çoxu inşaat işləri başlayana qədər buradakı  evlərin plana düşəcəyindən xəbərsiz olub. Anar Nəcəfli həmin ərazidə heç bir yol inşaatı getmədiyini bildirsə də, müxtəlif yerlərdə texnikalarla da üzləşdik. Ərazidə vurulan stenddə bildirilirdi ki, burda “Bilgəh-Novxanı-Sumqayıt” avtomobil yolu inşa olunur, inşa işlərini isə “Azvirt” MMC həyata keçirir. Yerli sakinlərdən bu işlərdə “Ramal”MMC şirkətinin də iştirak etdiyini öyrəndik. Yazı çapa gedərkən, Anar Nəcəfli ilə yenidən əlaqə saxladıq. Bu dəfə “Azəravtoyol” sözçüsü bizim hansı layihədən söz açdığımızı xatırladı. “Hə, o yolun inşası bizim nəzarətimizdədir. “Azvirt” MMC isə podratçıdır. Amma yolun tikintisi bir ilə yaxındır dayandırılıb”, – deyə A.Nəcəfli bildirdi. Lakin “Azəravtoyol” ASC-nin mətbuat katibi inşaat prosesinin nə vaxt bərpa olunacağını demədi.

Legion.az      
Rüfət Əhmədzadə  
Mövzu ilə bağlı linklər:
http://qafqaznews.az/2016/04/dliyy-nazirliyinin-m-muruna-rusv-t-verdiyini-dey-n-s-xsin-isi-obyektiv-arasdirilacaqmi-video-fotolar/
http://qafqaznews.az/2016/03/gomruk-polkovnikini-firildaqci-il-birl-sdir-n-n-dir/
http://qafqaznews.az/2016/03/dliyy-nazirliyinin-icracisi-70-min-manata-problem-h-ll-edir-etiraf/
http://qafqaznews.az/2016/04/dliyy-nazirliyi-m-kdaslarinin-t-r-t-miz-olduguna-mindir/
http://qafqaznews.az/2016/01/o-puldan-general-xanlar-zeynalova-n-q-d-r-catdi/
http://qafqaznews.az/2015/12/95936/
http://qafqaznews.az/2016/01/xanlar-zeynalov-jurnalistd-n-qisas-alir/

Фото0135 Фото0155 Фото0142 Фото0141 Фото0140 Фото0137 Фото0145 Фото0146

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR