“Beynəlxalq Bank işi” ilə bağlı tutulan daha iki iş adamı azadlıqda

sdfdgdgÜmumilikdə azadlığa çıxanların sayı 8-yə çatdı.

“Azərbaycan Beynəlxalq Bankı” ASC işi ilə bağlı həbs edilmiş daha iki iş adamı azadlığa buraxılıb.

Qafqaznews.az -ın APA-ya istinadən verdiyi məlumatına görə, bankdan kredit götürərək qaytarmamaqda təqsirləndirilən iş adamları Elxan Cavad və Cavid Muxtarov Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bu gün həbsdən azad edilib.

Qeyd edək ki, ötən gün “Beynəlxalq Bank işi” ilə bağlı tutulanlardan daha bir neçə nəfər azadlığa buraxılıb.

Nərimanov rayon Məhkəməsinin qərarı ilə “City Developer” MMC-nin direktoru Ratmir Bəkirov, “İnter Glass” şirkətinin prezidentiFariz Muradov, “General Construction” şirkətlər qrupuna daxil olan məhdud məsuliyyətli cəmiyyətlərdən (MMC) birinin direktoruCamal Həsənov, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Dubay filialının keçmiş müdiri Adil Hüseynov, Mingəçevir “İzolit” ASC-nin İdarə Heyətinin sədri Mehman Mehdiyev və “Riyad-Farm”ın icraçı direktoru Aqil Quliyevin barələrində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR