Biləsuvarda sürücülər sərnişinləri aldadırlar – REYD KEÇİRİLDİ – VİDEO

FotoBiləsuvardan Bakıya gedən hər bir sərnişindən yol pulu olaraq 5 manat alınır ki, bu da Tarif Şurası tərəfindən nəzərdə tutulan miqdardan 2 manat 10 qəpik çoxdur.

Əksər hallarda isə sürücülər bunu avtovağzal rəsmilərindən gizlətmək üçün biletdən belə istifadə etmirlər.

Maraqlıdır ki, sərnişinlərin əksəriyyəti qiymətlərin uzun müddətdir ki, süni şəkildə şişirdilməsindən xəbərsiz olublar.
Sakinlərin sözlərinə görə onlar 5 manatın standart qiymət olduğunu biliblər: “Amma ki, hal-hazırda deyilən məlumatlara görə, standart qiymət 3 manatdır”.
Eyni vəziyyət Biləsuvardan digər cənub rayonları istiqmətində sərnişin daşımada da müşahidə olunub.
Bundan narazılıq edən sakinlər hər iki tərəfdən biletin olmasının daha doğru olduğunu dilə gətiriblər: “Yaxşı olardı ki, həm bu tərəfdən həm də o tərəfdən biletlər olardı. Biz də işimizi bilərdik”.

Bir neçə vətəndaşın müraciəti əsasında reyd keçirən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları mövcud neqativ halları araşdıraraq müvafiq tədbirlər görüblər: “Qanunlara uyğun olaraq bilet satışı həyata keçirildi. Vətəndaşlar biletlə təmin olundu. Bundan sonra hər bir vətəndaş Biləsuvardan Bakıya hərəkət etdiyi zaman burdan bilet alıb hərəkət etməlidirlər”.

Ümumilikdə süni qiymət artımı ilə bağlı aparılan reydlər zamanı 6 sürücü barəsində inzibati protokol tətbiq olunub. Anoloji tədbirlərin digər rayonlarda da tətbiq olunması gözlənilir. (Region TV)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR