Bir vaxtlar gəlir mənbəyi olan ilanlar indi təhlükə saçır – VİDEO

439765Qubanın dağlıq kəndlərində ilanların artması müşahidə olunur

RTV (Region TV) xəbər verir ki, sovet illərində ilan zəhəri əldə edilməsi üçün bu ərazilərə gətirilən sürünənlər ötən dövr ərzində artaraq çoxalıb, artıq yaxınlıqdakı kəndlərin içərisinə qədər yayılıb. Onlardan zəhər tədarük olunması prosesi isə uzun müddətdir ki dayandırılıb.

Yerli sakinlər daha çox gürzə, qızıl ilan və koramal ilan növlərin yayıldığını bildirirlər. Xüsusilə may və iyun aylarında sürünənlərə daha çox rast gəlinir. Qubanın Alpout kənd sakinləri hər il təsərrüfatlarına ilanlar tərəfindən hücum edildiyini bildiririlər.

Yay fəslində ilan sancma hadisələrinə daha çox rast gəlinir. Kənd təsrərrüfatı işləri apararkən ilanların hücumuna məruz qalmaq riski böyükdür.

Bu ərazilərdə yaşayan şəxslərin bir hissəsi ilan sancması zamanı ilkin tibbi yardımın necə aparıldığından xəbərsizdir. Buna görə, yerli əhalinin maarifləndirilməsinə ehtiyac var.

Şimal regionunda bu il 3 ilansancma faktı qeydə alınıb. Şabran və Siyəzən rayonlarındakı hadisələr nəticəsində ölüm halı baş verməyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR