“Boeing” il ərzində satdığı təyyarələrin sayını 900-ə çatdıracaq

847236eb3721a4324a1ede5635789809“Boeing” korporasiyasına məxsus sərnişin təyyarələrinə tələbat artıb.

“APA-Economics” xəbər verir ki, bu barədə korporasiyasının prezidenti Denis Mülenberq Fransanın “Le Figaro” qəzetinə müsahibəsində deyib.

“Sərnişin təyyarələrinə tələbat azalmayıb, əksinə artıb. Bizim proqnozlara əsasən, qarşıdakı 20 il ərzində sərnişindaşımada tələbatı ödəmək üçün əlavə 38 min təyyarəyə ehtiyac olacaq. Biz qarşıdakı 5 il ərzində illik satışlarımızı hazırkı 750 ədəd təyyarədən 900-ə çatdırmağı planlaşdırırıq”, – deyə şirkət rəhbəri bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR