“Brexit” Türkiyəni Aİ-yə üzvlükdən həmişəlik təcrid edəcək

1467099889_0001Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması haqqında referendumun nəticələrindən biri kimi Aİ-nin üzvü ölkələri Türkiyənin ittifaqa mümkün üzvlüyünü həmişəlik təcrid edə bilərlər.

Bunu Trend-ə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Dövlət Departamentinin sabiq analitiki, publisist Pol Qobl deyib.

Onun sözlərinə görə, Türkiyə Aİ-nin üzvü olarsa, bu, Avrozona ərazisinə daha çox miqrantın axın etməsinə gətirib çıxara bilər: “Bunun da nəticəsində Aİ-nin digər üzvləri ərazilərinə qaçqınların gəlməməsi üçün Aİ-ni tərk etməyə başlayacaqlar”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR