Bu çayın bir udumunu içmək 10000 DOLLARDIR – FOTO

499982_479797Qramı qızıldan 30 dəfə baha olan çay
Nadir və bahalı olduğu üçün bu çay tarixdə yalnız imperatorlara təqdim edilirmiş. Bu gün “Da Hong Pao” artıq müqəddəs taxtından enərək, bəzi evlərə də daxil olub.
“Da Hong Pao” ağacları min illik tarixə malikdir.
Altı ədəd tarixi ağacdan hər il 13-15 may tarixində çay yarpaqları yığılır. Toplanan çayın miqdarı çox az olduğu üçün “Da Hong Pao” çayının qramı təxminən 1400 dollardır. Bir dəmlik çay isə 10 min dollara başa gəlir.
1385-ci ildə tələbə Ding Xian dövlət işinə imtahan vermək üçün paytaxt Pekinə yola düşür. Ding Xian Vuyi dağından keçərkən xəstələnir və mədəsində dözülməz ağırlar başlayır.
Yolda bir rahibə rast gəlir. Rahib Ding Xiana çantasından çıxardığı bir çayı dəmləyib ona içirir. Ding Xian çayı içən kimi ağrıları kəsilir.
İmtahanları yaxşı verən Ding Xian yüksək bir vəzifəyə təyin olunur. O, rahibə təşəkkür etmək üçün yenidən Vuyi dağına gedir.
Rahib Ding Xiana bir qutu çay hədiyyə edir. Ding Xian Pekinə qayıdan kimi kraliçanın xəstələndiyini eşidir və çayı imperatora verir. Çayı içən kraliça yaxşılaşır. Çox sevinən imperator Ding Xiana qırmızı plaş verir. Ding Xian imperatorun təşəkkürünü bildirmək üçün Vuyi dağına dönür və plaşı çay ağaclarına geyindirir.
“Qırmız plaş” mənasını verən çayın adı “Da Hong Pao” məhz belə yaranıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR