Bu gün ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gələcək

e251aa1b-e0ea-45ef-9bc3-e63dc6492b47_292Bu gün ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər nazir Frank-Valter Ştaynmayer Azərbaycana işgüzar səfərə gələcək.

“Report” xəbər verir ki, səfər zamanı Ştaynmayerin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Azərbaycan prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə mövzusu olacaq.

Görüşlərdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Alman nazir ötən gün Ermənistanda səfərdə olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR