Bu gün Türkiyə yığması AÇ-də qalmaq üçün mübarizə aparacaq

273641Bu gün futbol üzrə Avropa çempionatının 3 oyunu keçiriləcək.
 
“Report”un məlumatına görə, “D” və “E” qruplarında mübarizə aparan komandalar üz-üzə gələcək.
“E” qrupu çərçivəsində İtaliya və İsveç komandaları qarşılaşacaq. İlk oyunda Belçikanı minimal hesabla məğlub edən Antonio Kontenin yetirmələri qələbə qazanacağı təqdirdə, 1/8 finala vəsiqəni təmin edəcək. Aktivində bir xal olan İsveç isə növbəti mərhələ şanslarını saxlamaq üçün 3 xal qazanmalıdır. İsveç ilk görüşdə İrlandiya ilə bərabərliyə razılaşıb – 1:1. Komandaların heyətində zədəli və cəzalı futbolçular yoxdur.
“D” qrupunda isə iki oyun keçiriləcək. Qrupun ilk oyununda azarkeşlər Çexiya – Xorvatiya oyununu izləyə biləcək. Bu görüş demək olar ki, hər iki komandanın taleyini həll edəcək. Xorvatlar qalib gələcəyi təqdirdə növbəti mərhələyə vəsiqəni təmin etmiş olacaqlar. Belə olan halda Çexiya Avropa çempionatının qrup mərhələsində son oyununu Türkiyəyə qarşı keçirib evinə yollanacaq. Çexlər qələbə qazanarsa, o zaman Xorvatiya ilə xallarını eyniləşdirəcək və qitə turnirində yoluna davam etmək üçün son oyunu göləzməli olacaq.
İspaniya və Türkiyə komandalarının oyununda da eyni ssenari qeydə alınacaq. İspanlar 1/8-ə vəsiqəni təmin etmək üçün, Türkiyə isə AÇ-də yoluna davam etmək üçün qələbəyə çalışacaq. İlk oyunda Xorvatiya Türkiyəni, İspaniya isə Çexiyanı 1:0 hesabı ilə məğlub edib.
E qrupu
17:00. İtaliya – İsveç
Baş hakim: Viktor Kaşşai
Yan xətt hakimləri: Dyord Rinq, Vensel Tot
Əlavə köməkçi-hakimlər: Tamaş Boqnar, Adam Farkaş (hamısı Macarıstan)
Dördüncü hakim: Kleman Turpen
Ehtiyat köməkçi hakim: Nikolas Dano (hər ikisi Fransa)
Hakim-inspektor: Devid Elleray (İngiltərə)
UEFA nümayəndəsi: Aleş Zavrl (Sloveniya)
Tuluza şəhər stadionu
 
D qrupu
20:00. Çexiya – Xorvatiya
Baş hakim: Mark Klattenburq
Yan xətt hakimləri: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dürdüncü hakim: Tasos Sidiropulos
Ehtiyat köməkçi hakim: Damianos Eftimiadis (hər ikisi Yunanıstan)
Hakim-inspektor: Vlado Sayn (Sloveniya)
UEFA nümayəndəsi: Nodar Axalkatsi (Gürcüstan)
Sent-Etyen. “Joffrua Gişar” stadionu
23:00. İspaniya – Türkiyə
Baş hakim: Milorad Majiç
Yan xətt hakimləri: Milovan Ristoç, Dalibor Curceviç
Əlavə köməkçi hakim: Danilo Qruyiç, Nenad Cokiç (hamısı Serbiya)
Dördüncü hakim: Aleksey Kulbakov
Ehtiyat köməkçi-hakim: Vitali Malyutsindir (hər ikisi belaruslu)
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)
UEFA nümayəndəsi: Byorn Vassallo (Malta)
Nitsa. Nitsa şəhər stadionu

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR