Bu ölkədə dövlət işçilərinin kütləvi tətili başladı

144831_res_01Dövlət işçilərini birləşdirən həmkarlar ittifaqının çağırışı ilə Belçikada ümumi tətillər başlayıb

Tətil nəticəsində nəqliyyatın, məktəblərin, xəstəxana və poçt xidməti bölmələrinin fəaliyyəti pozulub. Paytaxt Brüsselin Cənub dəmir yolu vağzalında elektrik qatarlarının bütün səfərləri ləğv edilib.

Həmkarlar ittifaqı hökumətin iş yerlərində ixtisarlara səbəb ola biləcək iqtisadi tədbirlərə dair təkliflərindən narazıdır. Etirazçılar əsasən iş həftəsinin artırılmasını və təqaüd yaşının yüksəlməsini nəzərdə tutan sosial islahatlardan imtina olunmasını tələb edirlər.(fins.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR