Bütün Keniya meymuna görə işıqsız qalıb

e6ef960e-9b8d-4f34-a10f-eee02e704ecc_292Bütün Keniyada elektrikin kəsilməsinin səbəbkarı hidroelektrik stansiyasına girən və transformatorun üzərinə düşən meymun olub.

Bu barədə “Report” BBC-yə istinadən xəbər verir.

Elektrik stansiyasının operator şirkətinin məlumatına görə, nəticədə transformator sönüb, bu da 180 meqavatt gücün itirilməsinə və zəncirvari reaksiyanın yaranmasına gətirib çıxarıb.

Elektrik enerjisinin verilməsinin bərpasına bir neçə saat tələb olunub. Meymun ciddi xəsarət almayıb.

Keniyada elektrik enerjisi tez-tez sönür. Bununla əlaqədar yerli sahibkarlar şəxsi generator alıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR