Cəbhəyanı sakinlərin statusu haqqında qanun lazım deyil?

2015-02-26-11-04-17minaXoşdur ki, bizi oxuyurlar

Aprelin 11-də  Kavkaznews.az-da “Cəbhəyanı bölgə sakinlərinin statusu yoxdur” başlıqlı yazı dərc olunmuşdu. Aprelin 9-da Qazaxın Ermənistanla həmsərhəd olan Xanlıqlar kənd sakini Kamal Abbasov mina partlayışından ağır xəsarət alıb. Xəstəxanaya yerləşdirilən K.Abbasovun ayağı dizdən yuxarı amputasiya olunub (AzVision.az). Azərbaycanın ərazilərini işğal edən Ermənistan silahlı qüvvələrinə qarşı, ordumuzla yanaşı cəbhəyanı ərazilərin sakinləri də müqavimət göstərirlər. Bu və ya digər kənd sakininin erməni snayperin gülləsindən ölməsi barədə KİV-də tez-tez məlumat dərc olunub. Biz aydınlaşdırmaq istədik, Azərbaycanda cəbhəyanlı bölgə sakinlərinin hüquqlarını qoruyan qanun varmı? Qazax RİH başçısının müavini Gülayə Həsənova bildirib ki. Kamal Abbasova hərtərəfli yardım göstərilib.

“Bu yardım nədən ibarətdir?”, – deyə jurnalist maraqlandı. “Bu barədə heç bir məlumata malik deyiləm”, – deyə G.Həsənova bildirdi.

“Axı özünüz dediniz, Kamal Abbasova yardım göstərilib. Bizi həmçinin o maraqlandırır ki, cəbhəyanı sakinlərlin statusuyla bağlı qanun varmı?” – deyə soruşduq. “Bu haqda birinci müavin Fərman Nağdəliyevdən soruşun”, – deyə G.Həsənova bildirdi. Fərman Nağdəliyevə müraciət etdik, o isə belə cavab verdi: “Sizin sualınıza cavab verə bilmərəm, çünki çox məşğulam”.

Hərbi hüquqşünas Telman Əbilov kavkaznews.az-a bildirib ki, Azərbaycanda “cəbhəyanı bölgələrin sakinlərinin statusu haqqında” qanun yoxdur. O bildirib ki, Azərbaycanda cəbhə xəttində itkin düşənlər haqqında qanun var. YAP-çı millət vəkili Aydın Mirzəzadə bildirib ki, periodik olaraq Milli Məclisə bu cür təkliflər gəlir: “Təəssüf ki, bu təkliflər indiyə qədər qaldırılmayıb. Mən sizinlə razıyam ki, cəbhəyanı bölgələrin sakinləri üçün qanun qəbul olunmalıdır. Kavkaznews.az-ın bu təklifini müxtəlif instansiyalarda qaldıracağam”. Bizim məqaləmiz diqqətdən kənarda qalmadı. İyunun 18-də cəbhəyanı ərazilərdə oxuyan buraxılış sinif şagirdləri buraxılış imtahanlarından azad edilib.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, aprel ayı ərzində Azərbaycan-Ermənistan cəbhə xəttində baş verən hadisələrrufat_quliyev_00lə əlaqədar Ağdam, Goranboy və Tərtər rayonlarında cəbhə bölgəsinə yaxın yerləşən bəzi məktəblərdə tədris prosesi pozulmuşdur. Yaranmış vəziyyət nəzərə alınaraq Təhsil Nazirliyinin təklifi və Nazirlər Kabinetinin razılığı ilə Dövlət İmtahan Mərkəzi tərəfindən Ağdam rayonu üzrə 23, Tərtər rayonu üzrə 21, Goranboy rayonu üzrə isə 5 məktəbin IX və XI siniflərində təhsil alan ümumilikdə 1652 şagirdi buraxılış imtahanlarından azad edilib. Bizi bu məlumat çox sevindirdi.

Nəhayət ki. Saytımızda cəbhəyanı bölgələrin sakinlərinin vəziyyəti barədə yazılarımız yüksəkçinli məmurların diqqətini çəkdi. Lakin “Cəbhəyanı bölgələrin sakinlərinin statusu haqqında” Qanun, Aydın Mirzəzadənin vədlərinə baxmayaraq, hələ də qəbul edilməyib. İqtisad elmləri doktoru, professor Rüfət Quliyevin fikrincə, belə bir qanuna ehtiyac yoxdur. “Qarabağ münaqişəsi ətrafında vəziyyətin Ermənistanın təxribatlarına görə gərginləşməsi ilə əlaqədar olaraq, bu problem aktuallıq qazanıb. Bu yaxınlarda Prezident İlham Əliyev də bəyan edib ki, bizim silahlı qüvvələrimiz ermənilərin işğal etdiyi 2 min hektar ərazini azad edib. Mən hər zaman cəbhəyanı bölgələrdə yaşayan sakinlərə xüsusi diqqətin olmasının tərəfində çıxış etmişəm”, – deyə R.Quliyev bildirib. Onun sözlərinə görə, cəbhəyanı bölgələrdə yaşayanların problemi hər zaman Azərbaycan rəhbərliyinin diqqətində olub.

“Son zamanlarda cəbhəyanı bölgələrdə xeyli yollar salınıb və geniş abadlaşdırma işləri həyata keçirilib”, – deyə deputat qeyd edib. Onun fikrincə, ölkədəki bir çox qanunlar cəbhəyanı bölgəl114882_srcərin sakinlərinin vəziyyətini yaxşılaşdırmağa hesablanıb.

“Məsələn, cəbhəyanı bölgələrin sakinləri təhsil haqqından azad olunublar”, – deyə professor vurğulayıb. O qeyd edib ki, cəbhəyanı bölgə sakinlərinin problemləri müxtəlif nazirliklər səviyyəsində də həll olunur: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onların problemlərinin həllində aktiv iştirak edir. Başqa bir deputat Nizami Cəfərov da hesab edir ki, cəbhəyanı bölgə sakinlərinin statusu haqqında ayrıca qanuna lüzum yoxdur.

“Müharibə vaxtı ön cəbhədə hər hadisə baş verə bilər. Qərarları baş verən hadisələrə uyğun qəbul etmək lazımdır”, – deyə N.Cəfərov qeyd edib.

 Mahmud Suanlı

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR