Çətənə tarlasından “xeyir” götürə bilmədi – VİDEO,FOTO

441370Neftçala polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik xassəli çətənə bitkisi aşkarlanıb.

CTV (Region TV) xəbər verir ki, daxil olmuş əməliyyat məlumatı əsasında Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Astanlı kənd sakini, 50 yaşlı İlham Rahil oğlu Rəsulovun fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilməsi ilə bağlı təxirəsalınmaz qərar qəbul olunub. Bundan sonra polis hərəkətə keçib.

İlham Rəsulovun yaşadığı evin həyətyanı sahəsinə hal şahidlərinin və aqronom mütəxəssislərin iştirakı ilə baxış keçirilən zaman narkotik xassəli çətənə bitkiləri aşkar olunub. İlham Rəsulovun çətənə kollarını aqrotexniki qaydada becərdiyi məlum olub. Həmin ərazidə çətənə bitkilərinə qulluq etməkdən ötrü azot gübrəsi və peyin də  aşkar edilərək götürülüb. Yaşıl kütləsi 10 kiloqram olan 127 ədəd narkotik xassəli çətənə kolları kökündən çıxarılaraq qablaşdırılıb və maddi sübut kimi polis şöbəsinə aparılıb.

Hazırda faktla bağlı Neftçala Rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

İlham Rəsulov – saxlanılan şəxs: “Çəkmək üçün əkmişəm. Şəxsi istifadə məqsədilə. Aprel ayında əkmişəm. Tumunu səpmişəm, çıxıb. Suvarmışam, gübrədən istifadə etmişəm, dibini yumşaltmışam. Əvvəllər çəkmişəm, ancaq əkməmişəm”.

4feb72b7-d190-4f92-97d0-d1358690716c f3d83d28-9f43-4adb-b545-2789e8b96ce7 7da59322-7626-4b10-b143-f1341fc8801b

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR