Çin valyutası çökdü

teleqraf.com146701308553b5b94656eef5f6d36e21a461a13373Çin Milli Bankı (mərkəzi bank – red.) ölkənin milli valyutası olan yuanın ABŞ dollarına nisbətən məzənnəsini 0,9% azaldıb.

“APA-Economics” xəbər verir ki, bu devalvasiyadan sonra USD/CNY məzənnəsi 6,6375 səviyyəsində müəyyənləşib ki, bu da 2010-cu ilin dekabrından etibarən ən aşağı göstəricidir.

Bildirilir ki, mərkəzi bankın bu addımına səbəb Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından sonra birjaların dalğalanmasıdır. Bununla yanaşı, rəsmilər qeyd edir ki, yuanın kəskin devalvasiyası gözlənilmir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR