Dərhal “Facebook” şifrənizi dəyişin

92618205Dünya miqyasında bir gün ərzində ən çox ziyarət edilən sosial şəbəkə olan “Facebook”da təhlükəsizlik problemi olduğu müəyyən edilib.

“Facebook” hər zaman xakerlərlə problem yaşayır. Təhlükəsizlik araşdırmaçıları sosial şəbəkə nəhəngi “Facebook”da ciddi bir problem aşkar edib.

İddiaya görə, məhşur xaker birliyi “Devcore”dən “Orange Tsai” ləqəbli xaker şəbəkəyə aid serverlərə bir arxa qapı yerləşdirib. Bu “qapı”nın tamamilə müvəffəqiyyəli olub-olmadığı məlum olmasa da, “Facebook” serverlərində çox əhəmiyyətli təhlükəsizlik probleminin olduğu ifadə edilib.

Əgər hücum uğurlu olubsa, Ornage Tsai sosial şəbəkə işçilərinin elektron poçtlarını, şəxsi məlumatlarını asanlıqla ələ keçirib, “Facebook”un virtual iclaslarına qatılıb, məlumat əldə edib, hətta şərh yazmış da ola bilər.

Xakerlərin istifadəçilərin məlumatlarını əldə edib-etmədiyi hələ məlum deyil. “NTV”nin məlumatına görə, kibertəhlükəszilik mütəxəssisləri “Facebook” istifadəçilərinə şifrələrini dəyişdirməklə bağlı çağırış edib. /interaz

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR