Daha bir ölkə AB-dən imtina etdi

1466060520_999İsveçrə Avropa Birliyinə üzv olmaq fikrindən daşınıb.

Axar.az Neuye Züşer Zeytunq-a istinadən xəbər verir ki, İsveçrə parlamentinin yuxarı palatası hələ 1992-ci ildən qaldırılan Avropa Birliyinə daxil olmaq iddiasına baxıb.

Verilən məlumata görə, parlamentin 27 deputatı Avropa Birliyinə qoşulmağın əleyhinə, 13-ü isə lehinə səs verib.

Xatırladaq ki, Böyük Britaniya iyunun 23-də AB-də qalıb-qalmamaqla bağlı referendum keçirəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR