“Day “uje” qurtardım, bir də eləmərəm, axırıncı olar” – Saxlanılan narkoman söz verdi (VİDEO)

sn1Həyətində narkotik əkən keçmiş məhkum saxlanıldı.

“Özüm çəkmək üçün əkmişdim”

Narkotik bitkiləri gizlətməyə çalışsa da, polisdən yaxa qurtara bilmədi.
 Saatlı rayonunun Mustafabəyli kənd sakini narkotik tərkibli bitki əkib-becərdiyinə görə polis tərəfindən saxlanılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Elnur Gülağa oğlu Qəhrəmanovun çətənə kolları əkdiyi məlum olub. 

Saxlanılan şəxs həmin bitkiləri gizlətməyə çalışsa da, polisdən yaxa qurtara bilməyib. Onun həyətyanı sahəsində və evindəki dibçəkdə becərdiyi 27 ədəd çətənə kolu aşkarlanaraq polis tərəfindən götürülüb. 

Əvəzağa Məmmədov – Saatlı rayonunun istintaq bölməsinin rəisi:  “Elnur Gülağa oğlu Qəhrəmanovun həyətyanı sahəsində əkdiyi, eləcə də evindəki 5 ədəd dibçəkdə yetişdirdiyi 7 ədəd narkotik tərkibli çətənə kolu aşkarlanaraq götürülüb”. 

Bir dəfə məhkumluq həyatı yaşayan Elnur Qəhrəmanov əməlindən peşiman olduğunu dilə gətirib: “Həqiqətən də day “uje” qurtardım, bir də eləmərəm. Bir daha bu işlə məşğul olmayacam, bu axırıncı olar. Özüm çəkmək üçün əkmişdim”. 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir. (Region TV)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR